ÜST dünya ictimaiyyətini vəba epidemiyasına təcili reaksiya verməyə ÇAĞIRIR

 20:41 23.04.2024     177

"Pisləşən qlobal vəba epidemiyası dərhal qlobal diqqət və xəstəliklə mübarizə üçün əlavə maliyyə tələb edir".

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) vəba və epidemik ishal xəstəlikləri üzrə qrupunun rəhbəri Filip Barbosa deyib.

O, qlobal vəba epidemiyasının genişlənməsin” diqqət çəkib.

Onun sözlərinə görə, hazırkı çətin vəziyyət iqlim dəyişikliyinin nəticələri və effektiv cavab tədbirləri üçün kəskin maliyyə çatışmazlığı ilə xeyli dərəcədə ağırlaşır. 

Barbosa bildirib ki, vəba müvafiq sanitariya və təmiz suyun olmaması şəraitində inkişaf edir. Şərqi və Mərkəzi Afrikada tez-tez quraqlıq və daşqınlarla müşayiət olunan hazırkı iqlim böhranı xəstəlik üçün ideal şərait yaradır. 

O xatırladıb ki, 2023-cü ilin əvvəlindən 2024-cü il martın 31-dək 31 ölkədə 824 479 vəba hadisəsi və 5 900 ölüm halı qeydə alınıb. Mart ayı ərzində 25 424 yeni vəba hadisəsi barədə məlumat verilib.

Yusif EYVAZLI