"COVID-19"un uşaqlar üçün fəsadları AÇIQLANDI

 21:52 23.04.2024     187

"Johns Hopkins" Uşaq Mərkəzinin alimləri "COVID-19" pandemiyasının uşaqlara təsirlərini aşkar edərək, məhdudiyyətlər və sosial təcrid səbəbindən uşaqların inkişafında cüzi geriləmələr yaşadıqlarını göstəriblər.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, araşdırmanın nəticələri "JAMA Pediatrics" jurnalında dərc olunub.

Tədqiqatçılar sıfırdan beş yaşa qədər 50,205 uşaq haqqında məlumatları təhlil ediblər.

Alimlər pandemiyanın ünsiyyət bacarıqlarında (üç faiz), problem həll etmə bacarıqlarında (iki faiz) və şəxsi-sosial bacarıqlarda (iki faiz) yalnız bir qədər azalma ilə əlaqəli olduğunu müəyyən edib.

Yusif EYVAZLI