ABŞ Dövlət katibi Çinə getdi

 14:56 25.04.2024     144

ABŞ-ın Dövlət katibi Antoni Blinken Çinə səfəri çərçivəsində paytaxt Pekinə gəlib.

Redaktor.az CGTN telekanalına istinadla xəbər verir ki, Amerika diplomatiyasının rəhbəri aprelin 26-dək ÇXR-də olacaq.

Antoni Blinken Çinə işgüzar səfərini aprelin 24-də Şanxaydan başlayıb.

Bu, onun Birləşmiş Ştatların Dövlət katibi vəzifəsində ÇXR-ə ikinci səfəridir.

Danışıqlarda Blinken “ikitərəfli, regional və qlobal problemləri”, o cümlədən Ukrayna və Yaxın Şərq münaqişələrini müzakirə etməyi planlaşdırır.

Mediada ABŞ Dövlət katibinin Pekində Çin Sədri Si Cinpinlə də görüşə biləcəyi barədə xəbərlər yayılıb. Lakin tərəflər bununla bağlı rəsmi məlumat verməyib.