Bu ölkədə daşqınlar 155 nəfərin həyatına son qoydu

 15:19 25.04.2024     224

Tanzaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 155 nəfərə yüksəlib.

Redaktor.az “China.org” saytına istinadla xəbər verir ki, bu barədə Tanzaniyanın Baş naziri Kassim Macaliva brifinqdə bildirib.

Daşqınlar, həmçinin çoxlu sayda evə və kənd təsərrüfatına ziyan vurub.