Britaniya yenidən Avropa İttifaqına daxil ola bilər

 16:18 25.04.2024     197

Böyük Britaniya 2040-cı ilə qədər yenidən Avropa İttifaqına (Aİ) daxil olmaq üçün referendum keçirə bilər, çünki cəmiyyətdə nəsillərin dəyişməsi ilə Böyük Britaniyanın icmadan çıxması (Brexit) tərəfdarlarının payı azalacaq.

Redaktor.az "Politico" qəzetinə istinadla xəbər verir ki, bu fikri Britaniyanın Stratklid Universitetinin professoru, sosioloq Con Kertis deyib.

“2040-cı ildən əvvəl belə bir referendum keçirilsəydi, təəccüblənmərəm. Böyük Britaniyanın Aİ-dən çıxması ilə bağlı 2016-cı ildə keçirilmiş referendumun nəticələrinə görə, 18-24 yaş arası gənclərin 75%-i Avropa İttifaqında qalmağa səs verib, 65-74 yaş qrupu arasında belə respondentlərin xüsusi çəkisi cəmi 34%-dir", - o vurğulayıb.

Ekspert hesab edir ki, nəsil dəyişikliyi “Brexit”lə bağlı ictimai rəyin dəyişməsinə səbəb olacaq.

Xatırladaq ki, Böyük Britaniya uzun illər davam edən danışıqlardan sonra 2020-ci il fevralın 1-nə keçən gecə Aİ-ni tərk edib. 1 yanvar 2021-ci ildə bütün Avropa qaydalarının Böyük Britaniyaya tətbiq olunduğu keçid dövrü başa çatıb.

Böyük Britaniya Ticarət Palataları Assosiasiyasının 2022-ci ilin dekabrında dərc etdiyi sorğuya əsasən, Böyük Britaniya şirkətlərinin əksəriyyəti - 56%-i Brexit-dən sonra qüvvəyə minən yeni ticarət qaydalarına uyğunlaşmaqda çətinlik çəkir. Araşdırmaya görə, respondentlərin 77%-i 2020-ci ilin dekabrında Aİ-Böyük Britaniya Ticarət və Əməkdaşlıq Sazişinin bağlanmasının satışları artırmağa kömək etmədiyini də etiraf edib.

Eyni zamanda, Avropa İslahatları Mərkəzi öz hesablamalarını dərc edib. Onlar göstərdilər ki, Avropa İttifaqından çıxmaq Böyük Britaniyaya 2022-ci ilin iyun ayına qədər itirilmiş investisiya və ticarət gəlirlərinə görə 33 milyard (40 milyard dollar) başa gələcək.

Turan İSMAYIL