Prokurorluq Baş nazirin arvadına qarşı istintaqın dayandırılmasını istədi

 16:39 25.04.2024     219

Madrid əyalət prokurorluğu İspaniyanın Baş naziri Pedro Sançesin arvadına qarşı istintaqa xitam verilməsini istəyib.

Redaktor.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Qeyd edək ki, hökumət rəhbərinin arvadı Beqonya Qomez biznesdə əlaqələrdən və korrupsiyadan sui-istifadə etməkdə şübhəli bilinir.

Məhkəməyə şikayəti “Təmiz əllər” həmkarlar ittifaqı verib. Təşkilat özü də etiraf edib ki, ittihamları mətbuatda dərc olunan yazılara əsaslanır. Bununla bağlı prokurorluq araşdırmanın başlanması qərarından apellyasiya şikayəti verib.

“El Confidencial” qəzetinin məlumatına görə, iş Qomezin hökumətdən vəsait və dövlət müqavilələri alan bir neçə özəl şirkətlə münasibətlərinə əsaslanır.

Bu fonda İspaniyanın baş naziri vəzifəsində qalıb-qalmayacağına baxmaq üçün aprelin 29-dək ictimai gündəliyini ləğv etdi. Sançes həmçinin Qomezə qarşı misli görünməmiş hücumlarda ölkənin sağçı və ifrat sağçı siyasi qüvvələrini günahlandırıb.

Sançes hipotetik istefası ilə yanaşı, parlamentdə etimad səsverməsinə də namizəd ola bilər.

T.İSMAYIL