Makron Sin Cinpini Rusiyaya təzyiqlərin vacibliyinə inandırmağa çalışacaq

 10:34 05.05.2024     164

Si Cinpinin Parisə səfəri zamanı prezident Emmanuel Makron rəsmi Pekini ticarət sahəsindəki natarazlığın aradan qaldırılmasına, eləcə də Rusiyaya təzyiqlərin vacibliyinə inandırmağa çalışacaq.

Redaktor.az-ın “Reuters“ə istinadən xəbərinə görə, bunda məqsəd prezident Vladimir Putini Ukraynada müharibəni dayandırmağa məcbur etməkdən ibarətdir.

Analitiklər bildirir ki, bu məqsədlərə nail olmaq heç də asan olmayacaq.

Fransa rəsmilərinin bildirdiyinə görə, müzakirələrdə yerli kənd təsərrüfatı məhsullarının Çin bazarına çıxarılması, eləcə də Çində fransız istehsalçıların əqli mülkiyyət hüquqlarının qorunması məsələlərini də nəzərdən keçiriləcək.

Qeyd edək ki, axşam saatlarında reallaşacaq rəsmi ziyarətdə Cənubi Koreya liderinin Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen ilə də görüşü nəzərdə tutulub.