Putinin yeni avtomobili nümayiş etdirildi - VİDEO

 20:19 05.05.2024     249

“Rossiya 1” telekanalının müxbiri Pavel Zarubin “Moskva. Kreml. Putin” proqramının efirində ilk dəfə Rusiya Prezidenti Vladimir Putinin yenilənmiş “Arus Senat” avtomobilini nümayiş etdirib.

Redaktor.az xəbər verir ki, o, müvafiq videonu teleqram kanalında yayımlayıb.

Jurnalist qeyd edib ki, dövlət başçısı mayın 7-də Kremldə keçiriləcək andiçmə mərasiminə bu avtomobillə gələcək.

İlk baxışdan yeni avtomobil 2018-ci ildə prezidentin inauqurasiyasında iştirak etmiş avtomobildən çox da fərqlənmir. Bununla belə, avtomobilin ön hissəsi, eləcə də qanadları dəyişdirilib.

Avtomobilin yaradıcıları Zarubinə bildiriblər ki, avtomobil sələfi ilə müqayisədə daha müasirdir.