Bu ölkədə 2 milyon pişik öldürüləcək - Heyvan qətliamı

 13:38 28.04.2019     628

Avstraliya hökuməti 2015-ci ildə qəbul etdiyi qərara əsasən 5 il ərzində 2 milyon pişiyi öldürməklə bağlı planını reallaşdıracaq.

Redaktor.az-ın məlumatına görə, Avstraliyada pişiklərin öldürülməsi üçün xüsusi hazırlanmış zəhərli sosisdən istifadə olunacaq.

"1080" adı verilən bu sosislərlə 2020-ci ilə qədər milyonlarla pişik öldürüləcək.

Sosisin tərkibi kenquru və toyuq əti, müxtəlif mənşəli bitkilərdən və ədviyyatlardan ibarətdir. Xüsusi təyyarələrlə pişiklərin çox olduğu yerlərə səpilən zəhərli sosis 15 dəqiqə ərzində pişiyi öldürməyə qadirdir.

Gülşən Şərif/ Redaktor.az