Hindistanda döyüş təyyarəsi qəzaya uğrayıb

 13:10 23.02.2020     823

Hindistanda təlim zamanı döyüş təyyarəsi düşüb.

Redaktor.az xəbər verir ki, Qoa əyalətində təlim uçuşları vaxtı "MİQ- 29K" tipli döyüş təyyarəsi qəzaya uğrayıb.

Qəza zamanı ölən və yaralanan olmayıb. Təyyarənin pilotu paraşutla tullanaraq xilas olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Güney / Redaktor.az