Bu məşhurlar koronavirusa yoluxub - ADLAR
Çinin Hubey əyalətində meydana çıxan, sonra isə bütün dünyaya yayılan koronavirusa bir çox məşhurlar da yoluxub.
Redaktor.az onları sizə təqdim edir:
- Fatih Terim
“Qalatasaray”ın baş məşqçisi koronavirus testinin müsbət çıxdığını açıqlayıb. O, “Twitter” vasitəsilə bunu elan edib.
- Abdurrahim Albayrak
“Qalatasarayın” vitse-prezidenti olan A. Albayrak koronavirusa yoluxub.
- Raçel Metyus
“Batwoman” və “Frozen 2” filmlərində rol alan aktrisa koronavirus testinin müsbət çıxdığını söyləyib. 26 yaşlı Raçel 5 gün ərzində nələr yaşadıqlarını anladıb.
- Tom Henks və həyat yoldaşı Rita Vilson
Məşhur aktyor və onun həyat yoldaşı da koronavirusa yoluxanlar arasındadır. Tom Henks sosial şəbəkədə bu barədə açıqlama verib.
- Paulo Maldini və Daniel Maldini
“Milan”ın əfsanəvi futbolçusu Paulo Maldini və oğlu Daniel Maldini də koronavirusa yoluxublar.
- İndira Varma
“Game of Thrones” serialında Ellaria Send obrazını canlandıran aktrisanın koronavirus testi müsbət nəticələnib.
- İtziar İtuno
“La Casa De Papel” serialında müfəttiş Rakvel obrazını canlandıran aktrisa sosial şəbəkədə koronavirusa yoluxduğunu açıqlayıb.
- Kristofer Hivyu
“Game of Thrones”in məşhur aktyoru koronavirusa yoluxduğunu öyrəndikdə ailəsi ilə birlikdə karantinə yollanıb.
- İdris Elba
İngilis aktyor “Twitter”dən verdiyi açıqlamada koronavirusa yoluxduğunu deyib.
- Qreqorie Trudeao
Kanadanın Baş naziri Castin Trudeaonun arvadı da koronavirusa yoluxub.