QORXULAN OLDU: Kanalizasiyada koronavirus aşkarlandı - İnsanların nəcisindən keçir...

 12:25 26.03.2020     1731

Hollandiya Milli Xalq Sağlamlığı və Ətraf Mühit İnstitutu Tilburq və paytaxt Amsterdam şəhərlərindəki kanalizasiya sularında koronavirusun olduğunu aşkar edib.

Redaktor.az xəbər verir ki, yoluxmuş  xəstələrin nəcisindən keçərək kanalizasiya sularına qarışan virusun olduqca təhlükəli həddə çatdığı açıqlanıb. Bu baxımdan insanlara tullantı sularından uzaq durmağı tövsiyyə edilib.

Tullantı suları ilə içməli su arasında heç bir əlaqə olmadığını ifadə edən hollandiyalı mütəxəssislər, içməli suyun təhlükəsiz olduğunu ibildirib.

Sevda Ulutau / Redaktor.az