“Cəsədlərin üzərində zorakılıq əlamətləri müəyyən edilib” - Baş Prokurorluq

 12:19 18.03.2024     279

“Xocalıda kütləvi məzarlıqda aşkar edilən cəsədlərin üzərində fikizi zorakılıq əlamətləri müəyyən edilib”.

Redaktor.az xəbər verir ki, bu sözləri Baş prokurorluqda keçirilən brifinqdə qurumun Mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev deyib.

Qurum rəsmisi məlumatın ilkin müayinənin nəticəsinə əsaslandığını deyib.

Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin rəis müavini - Kriminalistika şöbəsinin rəisi Orxan Rzayev isə qeyd edib ki, qalıqları tapılan şəxslərin müayinəsi zamanı bəzilərinin əlləri bağlanılaraq və zədələyən əşyalarla işgəncə verilərək öldürüldükləri müəyyən edilib.