"Yaxınları itkin düşənlər əvvəllər analiz vermək istəmirdilər" - “Düşünürdülər ki, bəlkə sağdır”

 12:31 18.03.2024     253

“Birinci Qarabağ Müharibəsində yaxınları itkin düşmüş şəxslər əvvəllər analiz vermək istəmirdilər. Düşünürdülər ki, yaxınları sağdır”.

Redaktor.az xəbər verir ki, bunu Baş Prokurorluqda keçirilən brifinqdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşı Zaur İsmayılov deyib.

Z.İsmayılovun sözlərinə görə, Vətən müharibəsindən sonra müraciət edənlərin sayı çoxalıb və hazırda da artan xətt üzrə davam edir.

Qurum rəsmisi qeyd edib ki, kimliyi müəyyən edilmiş insan qalıqları dini, milli ənənələrə uyğun olaraq ailələrinə təhvil veriləcək və dəfn ediləcəklər.