Azərbaycanda məhkumların sayı AÇIQLANDI

 14:50 18.03.2024     276

Azərbaycanda 20 min nəfərdən artıq məhkum var.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc deyib. O bildirib ki, Azərbaycan əhalinin 100 min nəfərinə düşən məhbus sayına görə dünyada 56-cı yerdədir:

"Dünyada cinayət törətmiş şəxslərin sayına görə Amerika Birləşmiş Ştatları birinci yerdədir. Bu o deməkdir ki, Azərbaycanda kriminogen durum nəzarətdədir".