Seymur Orucov özünə bahalı xidməti maşın alır

 11:43 19.03.2024     353

Ağstafa Rayon İcra Hakimiyyəti üşün 57 800 AZN-ə xidməti minik avtomobil alınıb. 

Redaktor.az xəbər verir ki, təchizatçı bir mənbədən satınalma metodu üzrə seçilib. Yəni, satınalma proseduru dövlət satınalmalarının vahid elektron portalında keçirilməyib. 

Təchizatçının kimliyinə gəlincə, bu, "Auto Azərbaycan" MMC-dir. "Auto Azərbaycan" MMC "Hyundai" şirkətinin Azərbaycandakı distribütorudur.

İddialara görə, xidməti minik avtomobili Ağstafa rayonunun icra başçısı Seymur Orucov üçün alınıb. 

Seymur Orucov 2020-ci ildən Ağstafaya rəhbərlik edir /qaynarinfo/.