ADU-nun müəllimləri Türkiyəyə səfər edib

 11:48 19.03.2024     342

Azərbaycan Dillər Universitetinin (ADU) Pedaqogika kafedrasının müdiri dosent N.Zeynalova və Magistratura şöbəsinin müdiri dosent F.Rzayeva, o cümlədən bir qrup müəllim heyəti Türkiyə Cümhuriyyətinin Ege Universiteti və Dokuz Eylül Universitetinə səfər ediblər.

Bu barədə Redaktor.az-a universitetdən bildirilib.

Məlumata görə, Təcrübə Mübadilə Proqramı çərçivəsində Ege Universiteti və Dokuz Eylül Universitetinin rəhbərliyi ilə görüş keçirilib, Türkiyə və Azərbaycanın müasir təhsil siyasəti müzakirə edilib, ikili diplom proqramlarının reallaşdırılması, dərs dinləmələrdə iştirak təmin olunub, magistratura səviyyəsi üzrə təhsil alan şəxslərlə tədqiqat üsulları mövzusunda müzakirələr aparılıb, xüsusi təhsil, məktəbəqədər təhsil üzrə mövcud proqramlar müzakirə olunub, Azərbaycanda tətbiq edilən proqramlarla müqayisələr aparılıb.

Ölkəmizi təmsil edən müəllim heyəti xüsusi təhsil, məktəbəqədər və ibtidai təhsil istiqamətində kadr hazırlığı, zəruri kompetensiyaların mənimsədilməsi və s. mövzularda müzakirələr həyata keçirilib, əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə razılıq əldə ediblər.

AYTAC