“ASAN” xidmət və “ASAN Kommunal” mərkəzlərində bu vaxtadək qeyri-iş günüdür
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində Novruz bayramı ilə əlaqədar olaraq martın 24-dək qeyri-iş günüdür.
Bu barədə Redaktor.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, martın 25-dən etibarən vətəndaşlar mərkəzlərə üz tutaraq xidmətlərdən yararlana bilərlər.