Yollarda duman olacaq

 16:58 20.03.2024     345

Avtomobil yollarında vəziyyət açıqlanıb.

Bu barədə Redaktor.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 21-də əsasən dağlıq və dağətəyi rayonlarda qeyri-sabit, yağıntılı, dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.