İcra başçısı xanım müavinini işdən çıxardı

 17:30 22.03.2024     591

Qaradağ rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov xanım müavinini işdən çıxarıb.

Redaktor.az xəbər verir ki, Süleyman Mikayılovun müavif əmri ilə İsmayılova Təranə Əli qızı Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsindən azad edilib. 

T.İsmayılovanın işdən çıxarılmasının səbəbi açıqlanmır. 

Qeyd edək ki, Təranə İsmayılova 2014-cü ilin fevral ayında 39 saylı Kardiorevmatoloji Uşaq Sanatoriyasında baş həkimi vəzifəsindən azad edilərək, Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini təyin edilib.