Bayram günlərində “Meqa Sığorta” ASC və “Meqa Həyat Sığorta” ASC uşaqları sevindirdi

 09:48 27.03.2024     269

“Meqa Sığorta” ASC və “Meqa Həyat Sığorta” ASC-nın dəstəyi, Güvən Xeyriyyə İB-in təşkilatçılığı ilə Lənkəran rayonu ucqar kənd Türkəncil məktəbinin şagirdləri üçün “Spring Hotel”-də bayram şənliyi təşkil olunub.

Tədbirin ilk hissəsində uşaqlar üçün əyləncə mərkəzində oyunlar, ikinci hissəsində isə bayram süfrəsi açılıb. Tədbir boyunca interaktiv və biri birindən maraqlı oyunlar, rəqslər davam edib. Uşaqlara Meqa Sığorta Qrupu tərəfindən hədiyyələr təqdim edilib.

Uşaqlar nəinki baharın, bütün fəsillərin solmaz gülləridir! Gəlin balaları daim diqqət mərkəzində saxlayaq!

22