Bakının bu ərazilərində su KƏSİLDİ
Magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar bu gün Bakının Yasamal və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.
Redaktor.az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.
Qurum bununla əlaqədar abonentlərdən üzr istəyib.