Bakının bu ərazisində qaz KƏSİLƏCƏK
![](https://img.redaktor.az/news/2024/03/photo_235947.jpg?v=MDQ6MDYyMDI0LTAzLTI3IDE1OjIyOjE0)
“Nardaran QPS kollektor” ölçü qovşağından qidalanan "Hacı Seyfəl” orta təzyiqli qaz kəmərində aşkar olunmuş qeyri-qanuni qoşulmanın ləğv olunması məqsədilə 27.03.2024-cü il tarixində saat 12:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
“Azəriqaz”dan Redaktor.az-a verilən məlumata görə, təmir-bərpa işləri görülən müddətdə Sabunçu rayonu, Maştağa qəsəbəsinin Nizami küçəsinin və Bağlar massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.