Fəvvarələr meydanında qanunsuz tikinti söküldü - FOTO

 14:09 30.03.2024     571

Martın 29-da Bakı şəhəri Səbail rayonunda yerləşən Fəvvarələr meydanında aparılan özbaşına tikinti ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirilib.

Redaktor.az açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sözügedən ərazidə gecə saatlarında qanunsuz tikinti işləri görüldüyü ilə bağlı faktı təsdiqləyib.

Bildirilib ki, 29 mart 2024-cü il tarixində Bakı şəhəri Səbail rayonu ərazisində (Nigar Rəfibəyli və Əhməd Cavad küçələrinin kəsişməsində) qanunsuz olaraq qeyri-yaşayış obyektinin tikintisi ilə bağlı daxil olmuş sorğuya əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti qaydasında operativ monitorinq keçirilib.

“Monitorinqlər nəticəsində həmin ünvanda qeyri-yaşayış obyektinin (restoran) qeyri-qanuni tikintisi aşkar edilib, bu barədə dövlət orqanlarına müvafiq qaydada məlumat verilib. Aparılan işlərin heç bir icazəverici sənədi olmadığından martın 29-u axşam saatlarında Baş İdarə və aidiyyəti dövlət qurumları əməkdaşlarının vaxtında müdaxiləsi nəticəsində qanunsuz tikintinin qarşısı alınaraq söküntüsü təmin edilib”.