Muxtar Babayev konqolu nazirlə COP29-a hazırlıq tədbirlərini müzakirə etdi

 18:46 02.04.2024     405

Konqo Demokratik Respublikasının ətraf mühit, davamlı inkişaf və hövzə üzrə naziri xanım Arlette Soudan Nonault ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.