"Kapital Bank"ın dəstəyi ilə Naxçıvan MR-nın 100 illiyinə həsr olunmuş fənn olimpiadası keçirilib
"Kapital Bank" ASC-nin dəstəyi ilə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi Nəsrəddin Tusi adına fizika-riyaziyyat olimpiadasının final turunu keçirib.
Naxçıvan şəhərində baş tutan olimpiada V-VIII sinif şagirdlərini əhatə edib.
Naxçıvan MR-nın 100 illik yubileyinə həsr olunan fənn olimpiadasında şagirdlər biliklərini məktəb, rayon və muxtar respublika olmaqla 3 turda sınayıblar. Ümumilikdə fənn olimpiadasına qatılan 5000 şagirddən 35-i qalib olub. Layihənin məqsədi istedadlı şagirdləri müəyyən edərək, onların beynəlxalq olimpiadalarda iştirakını təmin etməkdir.
Final mərhələsinin qalibləri Naxçıvan MR-nın Təhsil Nazirliyi, "Kapital Bank" və digər dəstəkçilər tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunublar.
Ölkənin I bankı olan "Kapital Bank" "PAŞA Holdinq" MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, "Birbank" kartı sifarişi üçün — https://kbl.az/prcrc.