Kamran Əliyev “Crocus”dakı terrordan danışdı
Moskvada “Crocus City Hall” konsert zalında baş vermiş dəhşətli terror aktı bizi dərindən sarsıdıb.
Redaktor.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Bakıda Xəzəryanı dövlətlərin Baş prokurorluqlarının vəzifəli şəxslərinin "Xəzər Dənizinin Akvatoriyasında Ekoloji Hüquqpozmalar: Dəniz Mühitinin Qorunması üçün Prokurorluq Orqanlarının Strategiyaları" mövzusunda beştərəfli görüşü zamanı deyib.
Baş Prokuror bu terror aktını şiddətlə qınayıb, Rusiya xalqına və həlak olmuş şəxslərin ailələrinə, yaxınlarına başsağlığı verib, yaralananlara isə şəfa diləyib.