FHN əhaliyə təkrar müraciət etdi - bu yerlərdən uzaq durun
Fövqəladə Hallar Nazirliyi güclü küləklə əlaqədar əhaliyə təkrar müraciət edib.
Redaktor.az xəbər verir ki, müraciətdə deyilir:
"Hazırda ölkə ərazisində müşahidə edilən güclü küləklə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Belə ki, güclü küləkli havada yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, belə hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!"