“Azəriqaz”da media nümayəndələri ilə növbəti görüş olacaq 

 12:51 04.04.2024     264

“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 5 aprel saat 11:00-da başlayacaq.

Redaktor.az xəbər verir ki, aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq.

Hər bir media nümayəndəsi bu tədbirə dəvətlidir.