Aktotı Raimkulova Mətbuat Şurasında oldu

 16:30 05.04.2024     475

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Mətbuat Şurasında olub.

Redaktor.az xəbər verir ki, qonağı salamlayan MŞ sədri Rəşad Məcid ona rəhbərlik etdiyi qurumun missiyası barədə məlumat verib. Şuranın türk dünyasında fəaliyyət göstərən media orqanları və jurnalist təşkilatları ilə əməkdaşlığından söz açan R.Məcid bildirib ki, qarşılıqlı təmaslarda başlıca məqsəd həm də ortaq türk mədəniyəti və irsinin təbliğində jurnalist əməyini stimullaşdırmaq, qələm sahibləri arasında əlaqələrin dərinləşməsinə dəstək göstərməkdir.

A.Raimkulova rəhbərlik etdiyi Fondun hazırda həyata keçirdiyi işlər və gələcək planlarından söz açıb. O, qurumun fəaliyyətinin intensivləşdirilməsi üçün media amilinin zəruriliyini önə çəkib. Bu baxımdan Mətbuat Şurası ilə əməkdaşlığın faydalı nəticələr doğuracağına əminliyini vurğulayıb.

Qarşılıqlı fikir mübadilələri şəraitində keçmiş görüşdə MŞ sədrinin müavini Səadət Məmmədovanın, Şuranın İdarə Heyətinin üzvləri – Azər Həsrətin və Hacıbəy Heydərlinin birgə əməkdaşlıqla bağlı təklifləri maraqla qaşılanıb.

Görüşdə, həmçinin, Türk Mədəniyyəti və İrsi Fondu ilə Mətbuat Şurasının təmsilçilərinin müntəzəm görüşlərinin, müxtəlif məsələlərə dair birgə müzakirələrinin təşkili qərara alınıb.

222222222