"Azəriqaz"ın "Açıq mikrofon"u Salyanda qurulacaq

 22:58 06.04.2024     513

8 aprel saat 12:00-dan 13:00-dək "Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyası Salyan rayonunda (Salyan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 137, Mərkəzi Kitabxananın qarşısı) baş tutacaq.

Redaktor.az xəbər verir ki, həm sakinlər, həm də sahibkarlar qeyd olunan ünvana yaxınlaşaraq qaz təchizatı ilə bağlı problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.