Bu il 44 mindən çox insan işlə təmin edilib

 11:49 10.04.2024     683

Azərbaycanda ilin ilk rübündə 44 min 200 nəfər işlə təmin edilib, 683 şəxs kiçik ailə təsərrüfatı yaradıb.

Bu barədə Redaktor.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, agentlik tərəfindən yanvar-mart aylarında 98,6 minədək şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Qeyd olunan dövrdə Agentlik tərəfindən 3,4 min işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil edilib, 50,3 min şəxsə isə peşəyönümü xidmətlər göstərilib.