Mövlam Şıxəliyev əfv olunmaq istəyir
May ayında əfv sərəncamı veriləcəyi barədə məlumatlar yayıldıqda sonra ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş idarə rəisi Mövlam Şıxəliyev bu sərəncamdan yararlanmaq üçün hərəkətə keçib.
Redaktor.az bildirir ki, qaynarinfo-ya daxil olan məlumata görə, keçmiş idarə rəisi əfv olunmaq üçün müraciət etmək niyyətindədir.
Bəzi iddialara görə isə onun müraciəti artıq hazırdır. Sadəcə əfv barədə məlumatın dəqiqləşməsini gözləyir.
Mövlam Şıxəliyevin əfvə düşüb-düşməyəcəyi bəlli deyil. Amma o, hər halda buna cəhd etmək niyyətində israrlıdır.
Mövlam Şıxəliyev MTN-nin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində işləyib. "MTN işi" çərçivəsində saxlanılaraq bir sıra ağır cinayətlərdə təqsirli bilinib. O, Bakı Hərbi Məhkəməsinin hakim Elbəyi Allahverdiyevin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
Mövlam Şıxəliyev Ali Məhkəməyə kassasiya şikayəti verib.