"Artıq iqlim dəyişikliklərinin fəsadları ilə üzləşirik"

 12:57 15.04.2024     300

"Artıq iqlim dəyişikliklərinin fəsadları ilə üzləşirik".

Redaktor.az-ın məlumatına görə, bu barədə COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev COP29 Sədrliyinin ilk mətbuat konfransı zamanı çıxışında bildirib.

“Çaylarda sululuğun azalmasının Xəzərdə suyun azalmasına ciddi təsirləri oldu. Bu kimi məsələlərin müzakirəsi yeni imkanlar yaradacaq. COP29 çərçivəsində sözügedən məsələlərin müzakirəsi aparılacaq”, - deyə o qeyd edib.

M.Babayev bildirib k, Azərbaycanın neft-qaz ölkəsi olaraq iqlim gündəliyini necə aparacağı ilə bağlı suallar var.

“Azərbaycanın yaşıl artımla bağlı həyata keçirdiyi və keçirəcəyi layihələrlə bağlı yeni fürsət olacaq. Ölkəmiz digər neft-qaz ölkələrinə də örnək olacaq”,- o deyib.