"Azəriqaz" rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək
SOCAR-ın “Azəriqaz” İB-nin baş direktoru Ağdam rayonunun Quzanlı qəsəbəsində vətəndaş qəbulu keçirəcək.
Qurumdan Redaktor.az-a bildirilib ki, 18 aprel saat 12:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Ağdam, Ağcabədi və Laçın rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.
Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır.
Qəbula dair əlavə məlumat almaq istəyənlər Tərtər Regional qaz istismarı İdarəsinə (tel: 022-236-19-04; 050-845-74-17) müraciət edə bilərlər.