Yeni Kaledoniya nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun ofisində oldu
Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri xanım Naisseline Omayranın rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 18-də Bakı Təşəbbüs Qrupunun ofisində olub.
Redaktor.az xəbər verir ki, qonaqları ölkəmizdə görməkdən məmununluğunu ifadə edən Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov nümayəndə heyətini Qrupun fəaliyyət istiqamətləri, məqsədləri və gələcək planları barədə məlumatlandırıb.
Söhbət zamanı Yeni kaledoniyalı parlamentarilər iki ölkənin nümayəndələri arasında fikir mübadiləsinin genişləndirilməsi üçün yaratdığı şəraitə görə Azərbaycan hökumətinə minnətdarlıqlarını ifadə ediblər.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda nümayəndə heyəti tərəfindən Bakı Təşəbbüs Qrupunun ofisinə xatirə hədiyyəsi təqdim olunub.