Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
Sabah saat 11:00-dan etibarən Hacıqabul - Bəhrəmtəpə - Mincivan - Ermənistanla dövlət sərhədi avtomobil yolunun 43-cü km-lik hissəsində (Sabirabad rayonu ərazisində) yerüstü piyada keçidinin inşası ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Redaktor.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.