Ermənistanda delimitasiyaya etiraz edən 2 mindən çox adam həbs edilib - Baş prokuror
Hazırda Ermənistanda 2 mindən çox insan həbsdə qalır.
Redaktor.az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bunu ölkənin baş prokuroru Anna Vardapetyan Parlamentin hüquq məsələləri üzrə komissiyasının iclasında deyib.
Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası prosesinin başlanması ilə əlaqədar keçirilən etiraz aksiyalarına görə siyasi həbslər barədə, müxalifətçi deputat Qeqam Nazaryanın sualını cavablandırarkən A.Vardapetyan prokurorluğu siyasətə cəlb etməməyə çağırıb.
Baş prokuror hüquqi baxımdan danışacağını və siyasi qiymət verə bilməyəcəyini bildirib.
O, qeyd edib ki, prokurorluq hər bir işi məhkəməyə göndərməzdən əvvəl diqqətlə araşdırır.