COP29-un əhəmiyyəti

 14:50 29.04.2024     378

Hazırda dünyanın siyasi proseslərində ən önəmli faktorlardan biri ölkələrin hərbi və iqtisadi güc sahibi olmasıdır. Ölkə Prezidenti  cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq ölkəmiz Bütün istiqamətlər üzrə inkişafın zirvəsindədir. Suveren hüquqlarımızın bərpası naminə həyata keçirilən 24 saatlıq antiterror tədbirini hay-küylə qarşılayan, hər fürsətdə uğurumuza kölgə salmağa çalışan dairələr zaman ötdükcə daha çox qəbul edəcəklər ki, Azərbaycana qarşı tətbiq etdikləri selektiv yanaşma və ayrı-seçkilik siyasəti Cənubi Qafqazda geosiyasi maraqlarının təmin olunmasına xidmət etmir və haqlı olaraq əks-reaksiya doğurur. Həmin dairələr yaxşı bilirlər ki, Azərbaycanın beynəlxalq hüququn normaları çərçivəsində, o cümlədən humanitar hüququ gözləməklə əldə etdiyi qələbə, əslində, dünya nizamının təhlükəsizliyinə verilən əhəmiyyətli töhfələrdən biridir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un 2024-cü ildə ölkəmizdə keçirilməsi ilə bağlı qəbul olunmuş qərar həm də bu gerçəkliyin etirafıdır. Azərbaycanın bir çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.

COP29-un keçirilməsi dünyaya nümayiş etdirəcək ki, Azərbaycanın əsas gündəliyi “yaşıl” enerjilə bağlıdır, baxmayaraq ki, ölkə böyük neft və qaz istehsalçısıdır. “Yaşıl” enerji növlərinin yaradılması və “yaşıl” enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Sözügedən tədbirə ev sahibliyi etməklə ölkəmiz ətraf mühitə vediyi önəmi, böyük mənada isə sağlam bir dünyanın gələcək nəsillərə ötürülməsinə biganə qalmadığını göstərir. Ermənilərin işğal zamanı viran qoyduqları ərazilərimiz də bu hədəflərdən kənarda qalmayıb. Azərbaycan Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.

Ziya Babayev,

YAP Ağsu Növcü ƏPT sədri