Ətraf mühitin mühafizəsinə əhəmiyyət verilir

 16:22 29.04.2024     307

Müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində çox mühüm tarixi uğurlara imza atmaqla bütün dünyaya sabitlik adası kimi tanınıb, layiqli və etibarlı tərəfdaş ölkə imicinə sahib olub. Eyni zamanda bu illər ərzində ölkəmiz bir çox mühüm tədbirlərə ev sahibliyi edib. Bu baxımdan COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzu üçün olduqca əhəmiyyətlidir. COP29 nüfuzlu, qlobal xarakterli tədbirin məhz ölkəmizdə keçirilməsinə dair qərarı bütün dünya ölkələri qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir.

COP29-a ev sahibliyini ölkəmiz üçün 2024-cü ilin ən mühüm hadisəsi və Azərbaycanın “yaşıl iqtisadiyyat”a keçid strategiyasının davamı kimi qiymətləndirmək olar. Bu missiyaya uyğun olaraq Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

COP29-un Azərbaycanda keçirilməsi qərarı həm də ölkəmizin "yaşıl enerji" siyasətinə dəstəyini ifadə edir. Azərbaycan Prezidenti tərəfindən aparılan uğurlu siyasət sayəsində ölkəmiz yüksək sosial-iqtisadi inkişaf və möhkəm ictimai-siyasi sabitliyə nail olub.

Ölkəmizin bu tədbirə ev sahibi kimi seçilməsi həm də onu göstərir ki, Azərbaycan qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə aparan dövlət kimi özünü tanıdıb.

Reyhanə Tacızadə,

Ağsu rayon Heydər Əliyev Mərkəzinin direktoru