Hər iki ölkə iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edir

 15:54 30.04.2024     302

Azərbaycanla Qırğız Respublikası arasında hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənə formalaşıb. Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətli və dəyərlidir.

Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir. Bu gün Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi Qafqaz regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları, ticarət baxımından böyük əhəmiyyət kəsb edir.

Hər iki ölkə iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edir. Ticarət dövriyyəsi dəfələrlə artır. Potensialın artması tendensiyası da mövcuddur.

Azərbaycan-Qırğız İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 25 milyon dollardan 100 milyon dollara qədər artıb. 100 milyon dollar da son hədd deyil. Müvafiq hökumət strukturlarına birgə investisiya fondu çərçivəsində layihələrin həyata keçirilməsi mexanizmini daha tez reallaşdırmaq üçün tədbirlər görülür.

İnvestisiya siyasəti üzrə digər formalara da müraciət olunacaqdır. Artıq İssık-Kul gölünün sahilində Azərbaycanın maliyyələşdirdiyi beşulduzlu otelin tikintisinə başlanılıb.

Qırğız Prezidentinin təşəbbüsü ilə Qırğız dövləti Ağdam rayonunda orta məktəbin tikintisini öz vəsaiti hesabına həyata keçirəcək. Bu qardaş dəstəyinə görə çox minnətdarıq. Bu, bizim üçün böyük əhəmiyyətə malikdir.

Energetika və nəqliyyat sahələrinin böyük potensialı var. Azərbaycan Qırğızda bərpaolunan enerji üzrə investisiya layihələrində maraqlıdır. Həm Qırğızıstanda, həm də Azərbaycanda irimiqyaslı nəqliyyat layihələri, dəmir yolunun tikintisi həyata keçirilir.

Orxan Müslümov,

YAP Ağsu İlxıçı ƏPT sədr müavini