Yeni nazir onları işdən ÇIXARDI

 16:41 01.05.2024     579

Ədliyyə Nazirliyində bir sıra vəzifəli şəxslər işdən çıxarılıb.

Redaktor.az-ın məlumatına görə, ədliyyə naziri Fərid Əhmədovun əmri ilə strateji planlaşdırma və monitorinq Baş İdarəsinin rəis müavini Kazımov Sübhi Əli oğlu vəzifəsindən azad edilib.

Nazirin digər bir əmri ilə Ədliyyə Naziriliyinin Notariat İdarəsinin rəisi vəzifəsini icra edən Mirağa Abbasov vəzifəsindən azad olunub. 

Süleymanov Anar Bahadır oğlu isə Notariat İdarəsinin rəisi - Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər Baş İdarəsinin rəis müavini təyin olunub. Qeyd edək ki, Anar Süleymanov 2020-ci ilə qədər Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin rəis müavini vəzifəsində çalışıb. 

Xatırladaq ki, bu ilin fevral ayının 27-də Prezident İlham Əliyevin sərəncamı ilə Fərid Əhmədov ölkənin ədliyyə naziri təyin edilib. O, təyin edilməsindən bir müddət sonra Nazirlikdə kadr islahatları həyata keçirib.