Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat aldı - FOTO

 21:22 06.05.2024     200

Qazaxstanda beynəlxalq 1-ci Fərabi Beynəlxalq Tələbə Filmləri Festivalı keçirilib. Əsasən türkdilli ölkələrin tələbələrinin qatıldığı festivalda TÜRKSOY-a üzv olan ölkələrin kino və media fakültələrinin tələbələrinin bədii və sənədli filmləri yarışırdı. 

Redaktor.az xəbər verir ki, ARKA nın dəstəyi ilə festivala göndərilən Azərbaycanlı  rejissorlar Murad Şükürlünün “Bir vaxtlar Sabunçuda” və Mixail Abdulovun “Lent” filmləri  “ən yaxşı müəllif filmi”  və “ən yaxşı aktyor dueti” nominasiya üzrə qalib olublar. 

Son bir ildə ARKA gənc kinematoqrafçıların inkişafı istiqamətində müxtəlif layihələr həyata keçirməkdədir. Alternativ Kino Akademiyası məhz gənc kinematoqrafçılar və onların layihələrinə dəstək vermək, beynəlxalq festivallarda iştirakını təmin etməklə yeni imzaların xaricdə tanıdılmasını da həyata keçirir. Mədəniyyət və İncəsənət Universitetində təhsil alan 16 tələbənin kino ssenarilərinin maliyyələşmə və istehsalını öz üzərinə götürən ARKA milli kinematoqrafiyamızda gənc rejissorların formalaşması üçün müəyyən layihələrə imza atmaqdadır. Əməkdar İncəsənət xadimi, “Dolu”, “Yarımçıq xatirələr” və s filmlərin rejissoru  Elxan Cəfərovun rəhbərliyi ilə reallaşacaq  filmlərin maliyyələşməsi üçün görülən işlər artıq başa çatıb.  Xatırladaq ki ilk dəfə olaraq Mədəniyyət və İncəsənət Universitetinin istehsal etdiyi filmlərə dövlət dəstəyi ARKA vasitəsi ilə həyata keçirilir.

22222