Bakıda 17 min manata pişik satılır - VİDEO
Son zamanlar ev heyvanlarının qiymətinin kəskin bahalaşması müşahidə edilir.
Redaktor.az xəbər verir ki, it 10 min manata, pişik 17 min manata satılır.
Satışda olan “Kanqal”, “Malino”, “Alman iti” kimi cins heyvanlar ən bahalılar hesab edilir. Ev heyvanlarının satışı ilə məşğul olan şəxslərin sözlərinə görə, qiymətlər cinsə və qana görə dəyişir.
Pişiklərin qiymətində də artım var. Hətta bəzi pişik cinsləri 17 min manata satılır.
Heyvan satışı üzrə mütəxəssislərin sözlərinə görə, qiymətlərin bahalaşmasının əsas səbəbi ev heyvanlarının və yemlərinin xaricdən gətirilməsidir.
Ətraflı süjetdə: