Naxçıvan ASAN Vəkil Bürosunun açılışı oldu - FOTO

 19:40 07.05.2024     296

Mayın 7-də Naxçıvan Muxtar Respublikasında (MR) rəsmi səfərdə olan Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan ASAN Vəkil Bürosunun (VB) açılış mərasimində iştirak edib.

Redaktor.az xəbər verir ki, mərasimdən əvvəl nümayəndə heyəti "ASAN xidmət" mərkəzində vəkil kabineti ilə tanış olub.

Kollegiya sədri A.Bağırov "ASAN xidmət" mərkəzi ilə səmərəli əməkdaşlıq edildiyini, bunu yüksək qiymətləndirdiyini söylib, o cümlədən ASAN VB-nin əməkdaşlarına tövsiyələrini verib.

Sonra ARVK-nın sədri A.Bağırov mərasimdə rəmzi lenti kəsib.

NMRVK-nın sədri Vüsal Həsənov qonaqları büro ilə tanış edərək ətraflı məlumat verib. Nəzərə çatdırılıb ki, NMRVK-nın inzibati binasında yerləşən büro 5 otaqdan ibarətdir. Büroda VB-nin müdiri, vəkil otaqları və dəftərxanayerləşir. Burada əlverişli iş şəraiti üçün lazımi inventarlar quraşdırılıb. Vəkillərin fəaliyyəti üçün tam rahat və komfortlu şərait yaradılıb. Həmçinin, büroda vəkillərin istirahəti, vətəndaşlarla görüş otağı, habelə müvafiq avadanlıqlar və müasir texnika ilə təchiz olunub. Eyni zamanda, ASAN VB Naxçıvan "ASAN xidmət" mərkəzində də fəaliyyət göstərir.

Daha sonra NMRVK-nın üzvlərinin iştirakı ilə görüş keçirilib, ARVK-nın sədri A.Bağırov çıxış edərək iştirakçıları salamlayıb, son illər Kollegiyada görülən işlərdən, Azərbaycanda vəkilliyin inkişafından danışıb, habelə vəkillərin sayının getdikcə artdığını söyləyib.

Ölkəmizdə vəkil bürolarının sayının 137-ə çatdığını bildirən sədr bütün vəkil qurumlarının beynəlxalq standartlara cavab verdiyini və vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almasını təmin edən şəraitin yaradıldığını dilə gətirib.

A.Bağırov respublika ərazisində fəaliyyət göstərən bütün vəkil qurumlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması istiqamətində geniş işlər aparıldığını, bu istiqamətdə Kollegiya tərəfindən xüsusi önəm verildiyini vurğulayıb.

Son dövrlər Naxçıvan MR-də vəkillik sahəsində görülən işlərə, islahatlara da toxunan sədr NMRVK-nın fəaliyyəti, uğurları, problemlərin həlli məsələsindən söz açıb, o cümlədən gələcəkdə yeniliklərin olacağını, habelə vəkillərin sayının 100 faizə çatdığını bildirilib.

Sonda vəkillərin peşə fəaliyyəti zamanı üzləşdikləri problemləri və təklifləri dinlənilib, ARVK Rəyasət Heyəti tərəfindən son dövrlərdə görülən tədbirlər, qarşıda duran işlər barədə məlumatlar verilib, vəkilləri maraqlandıran suallar cavablandırılıb, habelə peşə fəaliyyəti ilə bağlı müzakirələr aparılıb, o cümlədən NMRVK-da yeni vəkil bürolarının açılması təklifi irəli sürülüb.