Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək

 14:34 11.05.2024     353

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə sabah Türkiyəyə səfər edəcək.

Bu barədə Redaktor.az-a QMİ-dən məlumat verilib.

Bildirilib ki, Türkiyə Diyanət İşləri Başkanı dr. Ali Erbaşın dəvəti ilə şeyxülislam mayın 13-də İstanbulda Dünya İslam alimlərinin yeni təsis olunan Məşvərət toplantısında iştirak və çıxış edəcək.

Həmçinin QMİ sədri səfər çərçivəsində İstanbulda Dolmabaxça sarayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın toplantı iştirakçılarını qəbul mərasimində iştirak edəcək.