Aİ humanitar minatəmizləmə sahəsində Azərbaycana dəstəyini davam etdirəcək
Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda sülh, sabitlik və firavanlıq naminə göstərilən səyləri mütləq şəkildə dəstəkləyir.
Redaktor.az xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Avropa Gününə həsr olunmuş tədbirdə deyib.
"Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüssel prosesini və Azərbaycanla Ermənistan arasında sülh danışıqları üçün Brüssel proqramını təşviq edib. Azərbaycanın ən böyük tərəfdaşı kimi Aİ humanitar minatəmizləmə sahəsində dəstəyini davam etdirəcək. Bu yaxınlarda Avropa Komandasına mina əleyhinə başlatdığı təşəbbüsə görə minnətdaram", - deyə Mixalko bildirib.