Cehiz üçün nə qədər pul lazımdır? - VİDEO

 21:08 15.05.2024     373

Adət-ənənəyə görə, evlənmək istəyən oğlanın evi, qızın isə cehizi olmalıdır.

Vaxtilə cehiz içində əl işi örtüklər olan sadə bir boğça və ya kiçik sandıq sayılardı.

İndi isə xanımların cehizi boğça-sandığa sığmır.

Maraqlıdır, cehiz almaq üçün nə qədər büdcə lazımdır?

Redaktor.az xəbər verir ki, məsələ ilə bağlı “Xəzər” TV araşdırma aparıb.

Bakıda yerləşən mebel mağaza şəbəkəsinin əməkdaşından biri bildirib ki, mətbəx mebeli 1500-2500, yataq dəstləri 2500-3500, qonaq dəstləri isə 3500-4500 manat aralığında dəyişir.

Ümumilikdə isə bir qızın cehiz xərcinin minimum 15, maksimum 30-35 min manata başa gələ biləcəyi məlum olub.

Ətraflı videomaterialda: