Sabah bu ərazilərdə qaz olmayacaq

 22:25 15.05.2024     1221

Sabah saat 10:00-dan Sabunçu rayonu, Maştağa qəsəbəsinin Xanlar küçəsində tənzimləyici şkafın torpaq səthindən dayaqlara qaldırılması, Sumqayıt  şəhərinin 2-ci mikrorayon ərazisində qaz xəttinin yerinin dəyişdirilməsi,  saat 11:00-dan isə “Ramanı Südçülük sovxozu”na gedən orta təzyiqli qaz kəmərinin və “Xaşa-Xuna(Berz)” ölçü qovşağı üzərində quraşdırılmış kollektordan ayrılan qaz kəmərinin hava kompressor vasitəsilə kipliyə sınaq olunması məqsədi qaz təchizatı dayandırılacaq.

Bu barədə Redaktor.az-a “Azəriqaz” İB-dən bildirilib.

Məlumata görə, təmir işləri görülən müddətdə Sabunçu rayonunun (Ramanı Südçülük Sovxozu və Maştağa qəsəbəsi, Daş karxanasının bir hissəsi), Xəzər rayonunun (Xaşa-Xuna qəsəbəsi), Sumqayıt  şəhərinin (2-ci mikrorayon ərazisi) və Sabunçu rayonunun (Maştağa qəsəbəsinin Xanlar küçəsi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.