Sabah güclü külək əsəcək - SARI XƏBƏRDARLIQ

 15:48 16.05.2024     1974

Sabah güclü külək olacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti Sarı xəbərdarlıq yayıb.

Xəbərdarlıqda qeyd edilib ki, küləyin sürəti 13.9-20.7 m/san (7-8 bal) gücündə olacaq. Bu cür külək ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka ziyan üçün orta risk təşkil edir. Güclü külək əsasən Bakı, Sumqayıt, Abşeron, Salyan, Neftçala, Mingəçevir, Yevlax, Gəncə, Göygül, Goranboy, Samux və Şəmkirdə gözlənilir.

Qeyd edək ki, ölkədə küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq artıq rəng şkalası ilə təqdim olunacaq.